Elxan Abdullayev: "Neftçi"yə gəldiyim üçün peşmanam"

17:07 29 Oktyabr 2016

Azərbaycan Premyer Liqasının 10-cu turu çərçivəsində keçirilən "Qəbələ" - "Neftçi" matçı meydan sahiblərinin 4:1 hesablı qələbəsi ilə yükunlaşdı. 


Sportarena.az xəbər verir ki, qarşılaşmadan sonra qonaqların çalışdırıcısı Elxan Abdullayev darmdağını şərh edib.

 
- Sizə elə gəlmir ki, hər məğlubiyyətdən sonra nüfuzunuzu xərcləyirsiz?
- Əlbəttə ki, peşmanam. Amma başa düşən başa düşür. Futboldan başı çıxır ki, bu futbolçularla uğur gözləmək çox çətindi. Bu gün meydanda ustalıq səviyyəsi öz sözünü dedi. 
 

- Katalin Tiranın döydüyü azarkeşlə barışmasından sonra klub ona güzşət edə bilərmi?
- Tira Azərbaycan xalqından üzr istəməlidi. Ancaq mən sözümü demişəm. Mən komandada olduğum müddətdə Tira "Neftçi"də çıxış etməyəcək.
 

- Klubun sabiq üzvü Elnur Abdullayevin yenidən "Neftçi"yə qayıtmasını istəmirsiz?
- Yox!
(futbol11.az))


Digər xəbərlər

Xəbər xətti