"Neftçi" müdafiəçi Mahir Şükürovu PFL-ə sifariş edib.
Sportarena.az xəbər verir ki, bunun üçün lazımi sənədlər əldə edilərək PFL-ə təqdim olunub və futbolçu Azərbaycan Premyer Liqasının və Azərbaycan Kubokunun sifariş vərəqinə daxil edilib. Təcrübəli futbolçunun adı "Qəbələ" ilə sabah keçiriləcək oyunun protokoluna da daxil edilə bilər.