Bakı "İnter"inin prezidenti istefa verdi

18:02 27 Oktyabr 2016

“İnter” Peşəkar İdman Klubunun rəhbərliyində kadr dəyişikliyi baş verib.  


Sportarena.az klubun rəsmi saytına istinadən xəbər verir ki, klubun prezidenti Rəşad Qasımov öz xahişi ilə tutduğu vəzifədən azad edilib.  “İnter” PİK-in rəhbərliyinin qərarına əsasən, prezident səlahiyyətlərinin müvəqqəti icrası klubun təhlükəsizlik idarəsinin rəisi Rüfət Abdullayevə həvalə olunub. 


Digər xəbərlər

Xəbər xətti