Şahin Diniyev: "Bəzilərinin yoxluğu oyunumuza mane olmadı"

21:49 23 Oktyabr 2016

“Öz gücümüzə bələd olduğumuzdan rəqibə ilk hissədən təzyiq etməyə başladıq. “İnter” müdafiədə ən etibarlı oynayan komandadır, çempionatda heç uduzmayıblar. Mənə elə gəlir ki, görüş çox yaxşı alındı". 


Sportarena.az xəbər verir ki, bu sözləri Azərbaycan Premyer Liqasının 9-cu turu çərçivəsində "Kəpəz" -  "İnter" matçından (0:0) sonra Gəncə klubunun baş məşqçisi Şahin Diniyev deyib.


Baş məşqçi oyunun nəticəsndən aslı olmayaraq futbolçularından razı qaldığını bildirib: "Futbolçularımdan razıyam, bəzilərinin yoxluğu oyunumuza mane olmadı. Onların əvəzinə meydana çıxanlar verilən taktiki tapşırıqları yerinə yetirdilər. Matçın sonlarına doğru güc tükəndi. Oyun yolunda gedirdi deyə əvəzetmələri gec etdik. İlk yarıda üstünlük bizdə idi, fasilədən sonra oyun bərabər səviyyəli keçdi”.   


Digər xəbərlər

Xəbər xətti