“Sumqayıt” futbol klubu Topaz Premyer Liqasının növbəti turunda “Qəbələ” ilə qarşılaşacaq. Komanda ikigünlük istirahəti başa vurub və məşqlərə başlayıb.
Sportarena.az xəbər verir ki, Samir Abbasovun yetirmələri məşqlərini “Kapital Bank Arena”da davam etdirirlər. Zədəli olan Mikayıl Rəhimovdan başqa, komanda tam heyətlə məşqə qatılıb.
Qeyd edək ki, “Sumqayıt” – “Qəbələ” oyunu oktyabrın 25-də “Kapital Bank Arena”da keçiriləcək.