“Barselona” klubu brazilyalı hücumçusu Neymar ilə müqavilə müddətini artırıb.
Belə ki, Neymar katalonlarla yeni 5 illik müqaviləyə qol çəkib. Neymarın sərbəstqalma məbləği ilk ildə 200 milyon, ikinci ildə 222 milyon və müqaviləsinin başa çatmasına son üç il qalmış isə 250 milyon olacaq
Qeyd edək ki, brazilyalı ulduz “Barselona”nın heyətində keçirdiyi 150 oyunda 91 qol, 46 məhsuldar ötürmə ilə yadda qalıb.