AFFA "Neftçi" və "İnter"i cəzalandırdı

13:32 18 Oktyabr 2016

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclasıkeçirilib.

Sportarena.az xəbər verir ki, iclasdaaşağıda qeyd olunmuş qərarlar qəbul olunub:


Azərbaycan  Premyer Liqasının VIII turunun “İnter” – “Qəbələ” matçında “İnter” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur  (maddə 40).


Azərbaycan  Premyer Liqasının VIII turunun “Zirə” – “Neftçi” matçının 47-ci dəqiqəsində “Neftçi” klubunun 4 №-li futbolçusu Rahil Məmmədov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunub.


Digər xəbərlər

Xəbər xətti