Azərbaycan Premyer Liqasının VIII turuda "Zirə” "Neftçi”ni 2-0 hesabı ilə məğlub edib.
Sportarena.az xəbər verir ki, oyundan sonra "Zirə"nin baş məşqçisi Adil Şükürov fikirlərini bildirib:
"Qələbə qazandığımız üçün xoşbəxtik. Bu qələbə bizə vacib idi. Bu gün çox yaxşı oyun sərgilədik. "Neftçi” də pis oynamadı. Düşünürəm ki, fasilədən yaxşı yararlana bildik”.
- "Neftçi” hələ də "Zirə”ni məğlub edə bilmir...
- Sadəcə, "Neftçi"də bəzi boşluqlar var idi. Bəzi imkanlarımız var idi ki, onlardan yararlana bilmədik. Bizim çatışmazlıqlarımız var və onları aradan qaldırmağa çalışacağıq.
- "Neftçi" azlıqda qaldıqdan sonra üstünlüyünüzü itirdiz. Bu, nə ilə bağlı idi?
- Bilirdik ki, "Neftçi" oyun ərzində irəli atılmağa çalışacaq. Biz onların qarşısını almağa çalışdıq. Məncə, komandada olan müəyyən qədər yorğunluq geriyə çəkilməyimizə səbəb oldu.(sportal.az)