"Neftçi"nin baş məşqçisi: "Durub sizə nağıl danışmayacam ki..."

21:54 16 Oktyabr 2016

"Zirə” layiqli qələbə qazandı. Onlar bizdən üstün idi. Bizim oyuna gəlincə,məğlubiyyətin səbəbləri var. Qırmızı vərəqə bütün planlarımızı pozdu”.

 

Sportarena.az xəbər verir ki, bu sözləri "Neftçi"nin baş məşqçisi Elxan Abdullayev Topaz Premyer Liqanın 8-ci turunda "Zirə"yə 0:2 hesabı ilə uduzduqları oyundan sonra deyib.

Daha sonra o, jurnalistlərin suallarını cavablandırıb.
 
- "Neftçi”nin çıxış yolunu nədə görürsünüz?

- Müdafiəçilərimiz hər oyun rəqibə hədiyyələr verir. Bunlar futbolçunun səviyyəsindən irəli gəlir. Bu oyunu bərabərləşdirmək çətin idi. Sadəcə, komandanın üzərində işləmək lazımdır. Durub sizə nağıl danışmayacam ki...
 
- Pesallinin oyununu necə dəyərləndirə bilərsiniz?

- O, yeni futbolçudur və 25 dəqiqə oynadı. İndi onun haqda nəsə deyə bilmərəm. 
 
- Komanda 90 dəqiqə ərzində qapıya dəqiq zərbə endirə bilmədi. Komandanı bütünlüklə dəyişmək istəmirsiniz?

- Biz işləməliyik. Heç kimi qovmaq fikrim yoxdur. Çünki onu qovduqsa, yeri boş qalacaq. Bizim səhvlərimiz çoxdu, zəifik.(futbol11.az)


Digər xəbərlər

Xəbər xətti