Zurab Xizanişvili: "Qəbələ"nin qol buraxmamasının səbəbi odu ki…"

23:48 15 Oktyabr 2016

“Oyun çox çətin keçdi. “Qəbələ” hal-hazırda turnir cədvəlinin ilk pilləsində qərarlaşıb. Amma mən düşünürəm ki, qol hesabını qoruya bilərdik. Fikrimcə, yaxşı oynadıq. 1:1 hesablı nəticə birizm üçün normaldır”.


Sportarena.az xəbər verir ki, bu sözləri Azərbaycan Premyer Liqasının VIII turunda “Qəbələ” ilə 1:1 hesablı bərabərlik əldə edən “İnter” klubunun müdafiəçisi Zurab Xizanaşvili deyib.


- Qələbə üçün nə çatışmırdı komandada?
- Özünüz də görürsünüz ki, “Qəbələ” çox güclü təsir bağışlayır. Qapısından qol da buraxmamışdı. Təbii ki, belə güclü komandaya qarşı oynamaq çox çətindir. Amma biz də yaxşı oynadıq və qol da vurduq. Bu, bizim üçün pis nəticə deyil. 
- "İnter" cari çempionatda yeganə komandadı ki, "Qəbələ"dən həm xal alır, həm də qol vurur. Bu barədə nə deyərdin?
- “Qəbələ” çox komapakt müdafiə olunur və çox güclü hücumlar təşkil edir. Bu səbəbdən də qol vurmaq çətin olur. Lakin biz buna baxmayaraq, qol vurmağı bacardıq. Düşünürəm ki, 1:1 hesabı hər iki komanda üçün optimal nəticədir.


Digər xəbərlər

Xəbər xətti