Dino Ndlovu: "...Bu, təbii ki, məni məyus edər" - MÜSAHİBƏ

22:01 15 Oktyabr 2016

Bu gün Azərbaycan Premyer Liqasının VIII turunda “Qarabağ” doğma meydanda “Sumqayıt”ı 3:0 hesabı ilə məğlub edib.


Matçdan sonra Ağdam təmsilçisinin hücumçusu Dino Ndlovu sportarena.az saytının əməkdaşının suallarını da cavablandırıb:


- İlk öncə oyun haqqında fikirlərini bildirərdin...
- Meydanda nə etmək lazım olduğunu bilirdik. Lazım olanları yerinə yetirdi və 3 xalı qazandıq. 
- Hücumçu kimi “Qarabağ”da az qol vurmusan. Bu qoldan sonra növbəti oyunlarda fərqlənəcəyini gözləmək olarmı?
- Daha öncə “Fiorentina” ilə oyunda da qol vurmuşdum. Amma bu gün vurduğum qol mənim üçün daha önəmli idi. Mənim üçün vacib olan qol vurmağım yox, komandamın qalib gəlməsidir. 
- Ayağını sarğı ilə bağlamısan. Hər hansı bir zədən varmı?
- Xeyr. Heç bir zədəm yoxdur.
- Bir neçə oyundur ki, qol vura bilmirdin. Gərginlik hiss edirdinmi özündə?
- Məni bu komandaya hüçumçu kimi, qol vurmaq üçün dəvət ediblər. Hər hansı bir oyunda yaxşı oynasam, amma qol vura bilməsəm bu, təbii ki, məni məyus edər. Düşünürəm ki, bu gün işimin öhdəsindən layiqincə gəldim və qol vurdum. 


Digər xəbərlər

Xəbər xətti