“Bu oyun çox bərbad oynadıq. Artıq belə oyunlar bizdə nifrət hissi yaradır”
Sportarena.az xəbər verir ki, bu sözləri “Qarabağ” – “Sumqayıt” matçından (3:0) sonra keçirilmiş mətbuat konfransında “kimyaçılar”ın baş məşqçisi Samir abbasov deyib.
Təcrübəli mütəxəssis növbəti oyunlarda daha yaxşı oynayacaqlarını bildirib:
“Ümid edirəm ki, qarşıdan gələn “Qəbələ” ilə matçımızda daha yaxşı oynayaraq, həm azarkeşlərimirizi sevindirərik, həm də komandanın əhval-ruhiyyəsini yaxşılaşdırarıq.”