Rəşad Sadıqov yaşıl meydanlara nə zaman dönəcək?

21:08 15 Oktyabr 2016

Avropa Liqasının qrup mərhələsində “Fiorentina” ilə keçirilmiş matçda zədələnən “Qarabağ”ın kapitanı Rəşad Sadıqov bu gün də meydana çıxmadı. “Qəbələ” ilə matçda da forma geyinməyən futbolçunun nə zaman meydana dönəcəyi sual altında idi. 


Sportarena.az xəbər verir ki, “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov bu gün “Sumqayıt”la keçirilən matçdan (3:0) sonra kapitanın durumu barədə açıqlama verib.

O bildirib ki, R.Sadıqovun zədəsi hələ ki, tam sağalmayıb:
“R.Sadıqovun zədəsi hələ ki, tam sağalmayıb.  Ola bilər ki, o sabahdan məşqlərə başlasın. Amma ilk olaraq həkimlər daha diqqətli olmalıdır. Çünki zədəsinin daha da pisləşməsini istəmirəm".


Digər xəbərlər

Xəbər xətti