Qurban Qurbanov: "Bu səbəbdən oyun zamanı bəzi səhvlər baş verirdi"

20:51 15 Oktyabr 2016

“Maraqlı oyun oldu. Azarkeşlərim çox sevindilər, çünki 3 qol vurduq. Samir Abasova da uğurlar arzu edirəm. Həmişə çalışqanlığı ilə diqqət çəkir”.

 

Sportarena.az xəbər verir ki, bu sözləri doğma meydanda “Sumqayıt”ı 3:0 hesabı ilə məğlub edən “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov oyundan sonra keçirilmiş mətbuat konfransında deyib.


Baş məşqçi oyun zamanı komandada baş verən səhvləri futbolçuların uzun müddətdir bir yerdə olmaması ilə əlaqələndirib: 
“Komandanın üzvləri xeyli vaxtdı ki, bir yerdə deyildi. Bu səbəbdən oyun zamanı bəzi səhvlər baş verirdi. Çalışacağıq bu səhvləri aradan qaldıraq. Qarşıdan bizi çətin oyunlar gözləyir”.


Digər xəbərlər

Xəbər xətti