Bu gün Azərbaycan Premyer Liqasının VIII turunda keçirilən "İnter" - "Qəbələ" (1:1) matçını izləyənlər arasında "Xəzər Lənkəran" klubunun vitse-prezidenti Tuyqun Nadirovun da olduğu barəsində məlumat vermişdik.
Matçdan sonra sportarena.az saytına qısa açıqlama verən T.Nadirov matça gəlişinin səbəblərini gizlədərək:
"İndi tələsirəm. Sadəcə çempionatın maraqlı oyunlarından biri idi, buna görə stadiondan izləməyə qərar verdim", - dedi.