"Neftçi" Mahir Şükürovu sifariş etmədi

15:10 15 Oktyabr 2016

"Neftçi" klubu yeni futbolçusu Jonas Enrike Pessallinin növbəti oyunlarda meydana çıxması üçün sifariş edib.


Sportarena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) Texniki-İdman şöbəsinin rəisi Zamiq Hüseynov "Report"a açıqlamasında məlumat verib.


26 yaşlı braziliyalı yarımmüdafiəçi "ağ-qaralar"ın heyətində 90 nömrəli forma ilə çıxış edəcək. Klub digər iki transferi - müdafiəçi Mahir Şükürov və serbiyalı qapıçı Boban Baykoviçin sənədlərini isə PFL-ə göndərməyib.


Qeyd edək ki, mövsüm sonunadək "Neftçi"nin uğurları üçün çalışacaq Pessali "Qremio”nun yetirməsidir və karyerası ərzində "Qremio Barueri”, Fransanın "Anje” və "Luson” klublarında çıxış edib. 


Digər xəbərlər

Xəbər xətti