Bu gün Azərbaycan Premyer Liqasının II dövrəsinə start veriləcək.
Sportarena.az xəbər verir ki, VIII tur Bakıda start götürəcək. İlk oyun günündə iki qarşılaşma baş tutacaq ki, turun açılış oyunu "İnter Arena"da olacaq. "İnter" və "Qəbələ" münasibətlərə aydınlıq gətirməyə çalışacaq.
Günün digər matçında isə son çempion "Qarabağ" "Sumqayıt"ı sınağa çəkəcək.
Azərbaycan Premyer Liqası
VIII tur
15 oktyabr (şənbə)
16:00. “İnter” – “Qəbələ” 1:1
Qol: Ağabala Ramazanov, 48`, (1:0), Sergey Zenyov, 69, (1:1)
Hakimlər: Rəvan Həmzəzadə, Yaşar Abbasov, Akif Əmirəli, Coşqun Həsənov
“İnter Arena”
I dövrədəki oyun – 0:0
18:30. “Qarabağ” – “Sumqayıt” 3:0
Qol: Migel Madera, 42, (1:0), İlqar Qurbanov, 44, (2:0), Dino Ndlovu, 90+3, (3:0)
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Namiq Hüseynov
“Azərsun Arena”
I dövrədəki oyun – 2:0