"Neftçi"də ciddi itki: 1 ay oynamayacaq

13:08 14 Oktyabr 2016

"Neftçi" "Zirə" ilə oyuna ciddi itki ilə çıxacaq.
 

Sportarena.az xəbər verir ki, "ağ-qaralar"ın müdafiəçisi Məqsəd İsayev sıradan çıxıb. Gənc cinah müdafiəçi ayaq əzələlərindən zədələnib. 
 

O, qarşıdakı oyunlarda komandaya kömək edə bilməyəcək. Belə ki, həkimlər onun təxminən bir ay müddətinə yaşıl meydanlardan kənarda qalacağını bildirib.


Digər xəbərlər

Xəbər xətti