Madrid "Real"ının futbolçusu Kriştiano Ronaldo klubu ilə yeni müqavilə imzalamağa yaxındır.
Sözləşmə 2021-ci ilin yayına qədər nəzərdə tutulacaq. Forvardın məvacibi isə 2 milyon artırılaraq 23 milyon avroya yüksələ bilər.
İspan təmsilçisi ona 2019/20 mövsümünün sonuna qədər müqavilə təklif edirdi. Lakin Ronaldonun agenti Jorje Mendeş sözləşmənin 2021-ci ilə qədər olması üzərində israr edib.
31 yaşlı portuqaliyalının hazırki müqaviləsi 2018-ci ili yayına qədərdir.