Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
İK I divizionun 6-cı turunda baş verən qayda pozuntuları ilə bağlı müvafiq qərarlar qəbul edib.
Ən ağır cəza “Göyəzən”in futbolçusu Asim Babazadəyə verilib.
O, I divizionun VI turunda “Şərurspor”la matçın 25-ci dəqiqəsində hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 4 oyunluq cəzalanıb. Klub isə 320 manat cərimə olunub.