"İnter" - "Kəpəz" matçında 6 qol

11:29 11 Oktyabr 2016

DÇ 2018-in seçmə mərhələsinin oyunları ilə bağlı çempionatda yaranan fasilə müddətində “Kəpəz” yoxlama görüşü keçirib. 


Sportarena.az xəbər verir ki, komanda bu gün Bakıda “İnter Arena”da “İnter”in əvəzedici heyəti ilə qarşılaşıb. Oyun “sarı-göylər”in 4:2 hesablı qələbəsi ilə başa çatıb. Gəncə klubundan qolları Serjio Kosta, Dario Frederiko, Nicat Qurbanov və Kərim Diniyev vurub. 


“Kəpəz”in üzvləri sabah bir araya gələcək. Bərpaedici proseduradan (sauna, baseyn, massaj) keçəcək futbolçular oktyabrın 12-də məşqə başlayacaqlar.


Digər xəbərlər

Xəbər xətti