Pike millidən gedir

18:28 10 Oktyabr 2016

İspaniyalı müdafiəçi Cerar Pike yığma komandada karyerasını başa vuracağı vaxtı açıqlayıb.


Bu barədə Pike ötən gün Albaniya ilə oyun sonrası çıxış edib. İspaniyalı futbolçu bildirib ki, 2018-ci il dünya çempionatından sonra yığma ilə vidalaşacaq.


“Barselona”nın 29 yaşlı müdafiəçisi karyerası ilə bağlı bunları deyib: "Rusiyadakı mundial mənim yığmanın heyətində son turnirim olacaq. Artıq yorulmuşam. Ümidvaram ki, hər kəs qərarımı anlayışla qarşılayacaq”.


Digər xəbərlər

Xəbər xətti