"Real"da ciddi itki: 1 ay olmayacaq

16:32 10 Oktyabr 2016

İspaniya millisinin həkimi Oskar Selada Serxio Ramosun nə vaxt sağalacağını söyləməkdə çətinlik çəkir. Madrid "Real"ının futbolçusu Albaniya  (2:0) ilə qarşılaşmada zədə alıb. İspaniya mətbuatının məlumatına görə, futbolçu ən azı 1 ay oyundan kənarda qalacaq.

"Serxionun sol dizinin daxili bağları zədələnib.Burada vəziyyət 2 cür ola bilər. Ya kiçik qırılma var , ya da güclü xəsarət. Hazırda Ramosun nə qədər buraxacağını söyləmək mümkün deyil", — deyə Selada bildirib.


Digər xəbərlər

Xəbər xətti