"Kəpəz" yoxlama görüşü keçirəcək

16:17 8 Oktyabr 2016

Dünya çempionatı 2018-in seçmə mərhələsinin oyunları ilə bağlı çempionatda yaranan fasilə müddətində “Kəpəz” yoxlama oyunu keçirəcək. 


Sportarena.az xəbər verir ki, Gəncə klubunun rəqibi artıq məlumdur. “Sarı-göylər” paytaxtın “İnter” klubunun əvəzedici heyəti ilə qarşılaşacaq. Bu oyun oktyabrın 10-da saat 15:30-da başlayacaq və “İnter Arena”da keçiriləcək.


Digər xəbərlər

Xəbər xətti