"Neftçi"nin zədəliləridən son xəbər

14:44 8 Oktyabr 2016

"Neftçi"nin  əsas heyətinin üzvü Elşən Abdullayev müalicə və bərpa prosesini davam etdirir. Futbolçu hazırda fərdi məşqlər edir. Yarımmüdafiəçinin oktyabrın 10-da komanda ilə məşqlərə cəlb olunacağı planlaşdırılır.

Cavid İmamverdiyev sol budundan aldığı zədədən müalicə olunur. Komanda ilə məşqlərdən kənarda qalan yarımmüdafiəçinin 3-4 həftəyə sağalacağı gözlənilir.

Katalin Tira ayaq əzələsindəki zədədən müalicə olunur. Hücumçu oktyabrın 10-da komanda ilə məşqlərə qoşulacaq.

Kamran Nəcəfzadə isə sağ dabanının zədəsinə görə Almaniyada müayinə olunub. Almaniyalı mütəxəssislərin rəyinə görə, yarımmüdafiəçiyə cərrahi müdaxilə olunmasına ehtiyac var. Əməliyyatdan sonra bərpanın müddəti 9 aydır.


Digər xəbərlər

Xəbər xətti