Neymar millidən ayıldı

10:11 8 Oktyabr 2016

Braziliya millisinin futbolçusu Neymar DÇ-2018-in seçmə mərhələsində Venesuela ilə görüşdə iştirak edə bilməyəcək.

Buna səbəb onun sarı vərəqə limitini dolduraraq cəzalı duruma düşməsidir. Sözügedən oyunda meydanda olmayacağı üçün Neymarın millinin düşərgəsini tərk etməsinə icazə verilib.

Qeyd edək ki, Venesuela - Braziliya matçı oktyabrın 12-i keçiriləcək.

 


Digər xəbərlər

Xəbər xətti