"Kəpəz"də istirahət bitir

18:09 5 Oktyabr 2016

Azərbaycan Premyer Liqasında ilk dövrənin son oyununda “Neftçi”yə məğlubiyyətdən sonra 4 günlük istirahətə buraxılan “Kəpəz”in üzvləri sabah bir araya gələcək.
 

Sportarena.az xəbər verir ki, komanda məşqləri Bakıda bərpa edəcək. “Sarı-göylər” hazırlığı Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda keçəcək.
 

Gəncə klubunun oktyabrın 6-na olan məşqi saat 16:00-da başlayacaq. Sonrakı üç gün ərzində keçiriləcək məşqlər isə saat 11:00-a təyin olunub.


Digər xəbərlər

Xəbər xətti