"Neftçi" yenidən başladı

14:16 5 Oktyabr 2016

“Neftçi”nin əsas komandasının iki günlük istirahəti başa çatıb. 

Hazırlıq planına əsasən, bu gün iki məşq nəzərdə tutulub. Komandanın səhər məşqi klubun təlim-məşq bazasında baş tutub. Milli komandalarımıza dəvət almış futbolçular – Araz Abdullayev, Rəhman Hacıyev (əsas milli komanda), Rahil Məmmədov, Fəhmin Muradbəyli (U-21 yığması), Anton Krivotsyuk, Ömər Buludov (U-19 yığması) və Makedoniya yığmasına çağırılmış Vançe Şıkov hazırlıq prosesində iştirak etməyiblər.


Digər xəbərlər

Xəbər xətti