Almaniyanın "transfermarkt" saytı Azərbaycan Premyer Liqasının dəyərini açıqlayıb.
Liqanın bu mövsümkü dəyəri 43.15 milyon avro olaraq qiymətləndirib.
Çempionatın ən bahalı komandası "Qarabağ"dır. Klubun dəyəri 12.85 milyon avrodur. "Qəbələ ikinci (9.53 milyon), "Neftçi" üçüncü (4.38 milyon) pillədə qərarlaşıb.
"İnter" (4.25 milyon), "Kəpəz" (3.58 milyon), Zirə (3.53 milyon), "Sumqayıt" (2.80 milyon), AZAL (2.25) müvafiq ardıcıllıqla növbəti pillələrdə qərarlaşıb.(qol.az)