"Kəpəz"də yeni məşqçilər

16:32 4 Oktyabr 2016

“Kəpəz” PFK-nın aşağı yaş qrupları üzrə komandalarına yeni baş məşqçi təyinatları rəsmiləşib.

 
Sportarena.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Səbuhi Məmmədov klubun U-10 komandasına, Elmar Əhmədov isə U-11 komandasına rəhbərlik edəcək. Onların hər ikisi Gəncə futbolunun yetirməsidir və müxtəlif vaxtlarda “sarı-göylər”in şərəfini qoruyub.

 
32 yaşlı Səbuhi Məmmədov “Kəpəz”lə yanaşı, “Ədliyyə”, “Qəbələ” və “ABN Bərdə”də çıxış edib. Oynadığı vaxtlarda 21 yaşlılardan ibarət Azərbaycan yığma komandasına dəvət alıb. O, məşqçilik fəaliyyəti dövründə “Şəmkir” və “Mil Muğan” klublarında işləyib.
 

Elmar Əhmədov isə futbolçu karyerası dövründə Gəncənin “Kəpəz” və “Tərəqqi” klublarının, həmçinin “Samux” və “Şəmkir”in formasını geyinib. Ötən mövsümdən doğma klubunda çalışan gənc mütəxəssis U-17 komandasının məşqçisi olub.


Digər xəbərlər

Xəbər xətti