"İnter" Azərbaycan milli komandasının DÇ-2018-in seçmə oyunları ilə əlaqədar Premyer Liqada yaranmış fasilə müddətində növbəti tura hazırlıqlarını "İnter Arena"da keçirəcək.
Sportarena.az xəbər verir ki, komanda hazırlıqlar çərçivəsində "Zirə" ilə yoxlama matçı keçirəcək. Oyun oktyabrın 8-də "İnter Arena"da baş tutacaq.