Premyer Liqada yerini itirəndən sonra I Divizionda mübarizə aparmaqdan imtina edən "Xəzər Lənkəran"ın yenidən böyük futbola qayıtması son günlər mətbuatı zəbt edib. Yazılanlara görə, yerli şirkətlərdən biri klubun himayədarı olan "Palmali" ilə bu istiqamətdə danışıqlara başlayıb. Adı məlum olunmayan şirkət "Palmali"nin Lənkəranda fəaliyyət göstərən "Palsüd" zavodunu almaq istəyir. Əgər sövdələşmə baş tutarsa, XL yenidən fəaliyyətini bərpa eləyəcək.
Bu məlumatı dəqiqləşdirmək üçün "Xəzər Lənkəran"ın sabiq mətbuat katibi, hal-hazırda "Palmali" Şirkətlər Qrupunun Bakı ofisinin ictimaiyyətlə əlaqələr xidmətinin rəhbəri olan Hüseyn Cəbrayıloğlu ilə əlaqə saxladıq. Hüseyn bəy açıqlamasında yayılan məlumatların həqiqəti əks etdirmədiyini bildirib.
"Yayılan söz- söhbətlərdən xəbərimiz var, amma bunlar yanlış məlumatlardır. Heç bir şirkətlə danışıqlar aparılmır. Bizə bunun üçün müraciət edən də olmayıb."
"Xəzər Lənkəran"ın yenidən Prmeyer Lİqaya qayıda bilərmi? - sualına isə şirkət rəsmisi belə cavab verdi:
"Hələki bu barədə yenilik yoxdur. Ola bilər ki, aprel, may aylarıda rəhbərlik bu barədə hanısa tədbirlər görsün, amma bu gün bu istiqamətdə heç bir iş getmir"