"Neftçi" "Kəpəz"in iki futbolçusunu transfer etmək istəyir

01:09 4 Oktyabr 2016

“Neftçi” “Kəpəz”in iki futbolçusunu qaralayıb. 


Bakılılar gəncəlilərin kapitanı Tural Axunovla yarımmüdafiəçisi Darionu heyətinə qatmaq istəyir. Xüsusilə də Darionu israrla istəyirlər. Çünki “Neftçi”nin yayda transfer olunan öz xətt oyunçuları heç cürə özlərini doğrulda bilmir və böyük ehtimalla qışda onların çoxu göndəriləcək.  Dario isə Premyer Liqada özünü ən yaxşı tərəfdən göstərənlərdi.


Digər xəbərlər

Xəbər xətti