"Qəbələ" futbolçuları üçün 4 gün

22:55 3 Oktyabr 2016

"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk milli komandaların DÇ-2018-in seçmə mərhələ oyunları ilə əlaqədar yaranan fasilədən istifadə edərək, futbolçularına istirahət verib. 


Ukraynalı mütəxəssis yetirmələrinə 4 gün istirahət etmək şansı yaradıb. Qeyd edək ki, "Qəbələ" Topaz Premyer Liqasının 8-ci turunda "İnter"lə qarşılaşacaq. Həmin oyun oktyabrın 15-də baş tutacaq. Həmin oyuna hazırlıq çərçivəsində Qriqorçuk yetirmələrini bir sınaq matçında da yoxlamağı planlaşdırır. Böyük ehtimalla "Qəbələ" əvəzedici komandası ilə qarşılaşacaq.


Digər xəbərlər

Xəbər xətti