"Qarabağ"a gözəl qol vuran Ozobiç: "Sevinirəm ki, qol vurdum"

22:11 2 Oktyabr 2016

AZərbaycan Premyer Lİqasının 7-ci turunda "Qəbələ" doğma meydanında "Qarabağ"ı 2:0 hesabı ilə məğlub edib. Oyundan sonra "Qəbələ"nin futbolçusu Filip Ozobiçin mat barədə fikirlərini sportarena.az-ın Qəbələyə ezam olunmuş əməkdaşı ilə söhbəti zamanı deyib:

"Sevinirəm ki, qol vurdum. Çox yaxşı oynadıq. Layiqli qələbə qazandıq. Əlbəttə, Avroliqadan sonra çətin idi, yorulmuşduq. Çempionluq barəsində danışmaq tezdi. Şansımız var, sonacan getməliyik. "Qarabağ" yaxşı komandadı. Ağır matç oldu"

İlkin İSMAYILZADƏ, Qəbələ


Digər xəbərlər

Xəbər xətti