Bu gün Azərbaycan Premyer Liqasının 7-ci turunun son oyununda "Qəbələ" doğma meydanda "Qarabağ"ı qəbul edir.
Sportarena.az-ın məlumatına görə, əyalət təmsilçisinin digər oyunlarına nisbətən bu gün komandanı stadionda daha çox azarkeş dəstəkləyir. Belə ki, matçı 4000-nə yaxın futbolsevər izləyir. Bu, "Qəbələ"nin bu mövsüm üçün ən çox azarkeş göstəricisidir.
Qeyd edək ki, hazırda "Qəbələ" - "Qarabağ" matçında ev sahibi komandanın 2:0 hesablı üstünlüyü davam edir.