"Qarabağ"da şok: 4 həftəlik sıradan çıxdı

15:13 2 Oktyabr 2016

Oktyabrın 8-də Norveçlə oyuna çağırılması planlaşdırılan "Qarabağ"ın futbolçusu Əfran İsmayılov ağır zədə alıb.

Sportarena.az "Xəzər Xəbər"ə istinadən xəbər verir ki, Avropa Liqasının "Fiorentina" ilə səfər matçının 60-cı dəqiqəsində ayağındakı ağrılar üzündən əvəzlənən futbolçu Bakıdakı klinikalardan birində həkim müayinəsindən keçib.

Müayinə zamanı futbolçunun arxa əzələsinin yırtıldığı müəyyənləşib. Əfran yaşıl meydanlara yalnız 4 həftə sonra qayıda biləcək. 


Digər xəbərlər

Xəbər xətti