"Çox mübariz oyun getdi. Bir xal qazandıq. Bu da yaxşı haldır".
Sportarena.az xəbər verir ki, bu sözləri AZAL-ın baş məşqçisi Tərlan Əhmədov Azərbaycan Premyer Liqasında "Sumqayıt"la oyundan (1:1) sonra keçirilən mətbuat konfransında bildirib.
O, istədiyi mübarizəni gördüyünə görə futbolçularına minnətdarlıq edib:
"Qarşıdakı fasilə müddətində çatışmazlıqları aradan qaldırmaq üçün bir neçə oyun keçirmək istəyirik. Bu gün Ruslan Əmircanovu sərbəst oyunçu kimi oynatdım. Mirabdulla Abbasov oyuna girdikdən sonra ona imkan vermədik.
Futbolçularım zədə aldıqdan sonra onların vaxt udmasını demərəm. Futbol kişi oyunudur. O vaxtlar əsgərliyə getməyənin kişilik məktəbi keçmədiyini bildirirdilər. İtaliiya futbolunda vaxt udmaq, simulyasiyalar üçün məşq etdirirlər. Futbolun gözəlliyi də bundadır. Amma heç kimə demərəm ki, vaxt ud".(sportnet)