Əfsanəvi futbolçu Luis Saha bu gün "Qarabağ" klubunun bazasını ziyarət edib.
Sportarena.az xəbər verir ki, Saha klubun direktoru Əmrah Çəlikəl və baş məşqçi Qurban Qurbanovla kiçik toplantı keçirib və Azərbaycan futbolu haqda fikir mübadiləsi aparıb. Görüşün sonunda futbolçuya "Qarabağ" "9" nömrəli forması hədiyyə olunub. Luis Saha daha sonra komanda üzvləri ilə də bir araya gəlib. Komanda və baş məşqçi Qurban Qurbanova uğurlar arzulayıb və "Qarabağ"ın Avropada layiq olduğu yerə gələcəyinə inandığını bildirib.
Sonda isə Luis Saha klubun məşqçi və texniki heyəti ilə bərabər futbol da oynayıb.
Xatırladaq ki, 38 yaşlı Luis Saha Fransa millisində 20 oyun keçirib. O, karyerası ərzində "Mançester Yunayted", "Tottenhem", "Latsio" kimi klubların şərəfini qoruyub. Karyerası ərzində 405 rəsmi oyun keçirən hücumçu, 121 qolun müəllifi olub.