"Qarabağ" yenə uçacaq

13:06 1 Oktyabr 2016

Azərbaycan Premyer Liqasının VII turu liderlərin dueli ilə yadda qalacaq.
 

Sportarena.az xəbər verir ki, hazırda birinci pillədə qərarlaşan "Qəbələ” doğma azarkeşləri önündə son çempion "Qarabağ”ı qəbul edəcək. 

 
Məlumata görə, "Qarabağ” sabah baş tutacaq oyun üçün Qəbələyə təyyarə ilə gedəcək. Belə ki, Ağdam təmsilçisi Bakı – Qəbələ reysi ilə həmin şəhərə yollanacaq. Bizdə olan bilgiyə görə, "Qarabağ” sıx qrafikdə oynadığı üçün ölkə daxili səfərlərində də hava nəqliyyatından istifadə edir.
 

"Atlılar” Gəncə səfərində də eyni üsuldan istifadə etmişdi. 
 

Qeyd edək ki, "Qəbələ” – "Qarabağ” matçı saat 19:00-da başlayacaq. (sportal)


Digər xəbərlər

Xəbər xətti