"Barselona" futbol klubunun və Braziliya milli komandasının hücumçusu Neymar ölkə hökumətini məhkəməyə verib.
Sportarena.az xəbər verirki, buna səbəb kimi onun və ailəsinin ittiham olunduğu vergi cinayətləri barədə istintaq materiallarının sızması ehtimal edilir. Bu barədə Associated Press agentliyi xəbər yayıb.
Mənbənin məlumatına görə, Braziliya şəhərində federal məhkəməyə müraciət mayın 17-də olunub.
Xatırladaq ki, 24 yaşlı Neymarın adı daha bir böyük işdə hallanır. "Barselona" rəhbərliyi transfer zamanı 13 milyon avro vergidən yayınmada ittiham olunmuşdu. İlkin olaraq klubun sabiq prezidenti Sandro Rosel bəyan etmişdi ki, Neymar kluba 57,1 milyon avroya başa gəlib. Lakin sonradan komanda rəhbərliyi oyunçu ilə əlavə müqavilələri etiraf etmişdi. Neymarın atası isə transfer müqaviləsinin dəyərini 100 milyon avro civarında olduğunu demişdi.