Bu gün Azərbaycan Premyer Liqasında 7-ci turun daha 2 qarşılaşması keçiriləcək.
Sportarena.az xəbər verir ki, günün son oyununda "Kəpəz" səfərdə "Neftçi"nin qonağı olacaq.
Mövsümə uğurlu start verə bilməyən bu iki komanda bu gün bu seriyaya son qoymaq niyyətindədir.
Son turda doğma meydana "Sumqayıt"a məğlub olan "ağ-qaralar" "Kəpəz"dən xal almaqla uğursuzluqdan çıxmağa çalışacaq.
Lakin "Kəpəz" də bu matçdan xal götürməyə çox iddialıdır. Belə ki, son oyunda "Qarabağ"la 1:1 hesablı bərabərlik əldə edən "sarı-göylər" "Neftçi" qarşısına daha gümrah çıxacaq.
19:00. “Neftçi” – “Kəpəz” 2:0
Qol: Denilson Pereyra, 15, (1:0), Katalin Tira, 90+3, (2:0)
Hakimlər: Ömər Paşayev, Namiq Hüseynov, Mehman Mahmudov, Nahid Əliyev
Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Rauf Cabbarov