"Sumqayıt" məğlubiyyətdən xilas oldu - YENİLƏNİB

18:56 1 Oktyabr 2016

Bu gün Azərbaycan Premyer Liqasında 7-ci turun növbət görüşləri keçiriləcək.


Sportarena.az xəbər verir ki, turun ikinci oyun günündə daha iki qarşılaşma keçiriləcək.


Çempionatın autsayderi AZAL bu gün səfərdə "Sumqayıt"ın qonağı olacaq. Geridə qalan 6 tur ərzində yalnız 1 xal qazana bilən "təyyarəçilər" uğursuzluq sindromundan qurtulmağa çalışacaqlar. 


"Sumqayıt" isə doğma meydan amilindən istifadə edərək xal ehtiyyatını zənginləşdirmək niyyətindədir. Son turda "Neftçi" üzərində qələbə qazanan Samir Abasovun komandası matçın favoriti hesab olunur.


17:00. “Sumqayıt” – AZAL  0:1

Qol: İlqar Ələkbərov, 9, (0:1), Samir Abbasov, 83, (1:1)
Hakimlər:
İnqilab Məmmədov, Elman Musayev, Vaqif Musayev, Azər Əsgərov
Əlavə köməkçi hakimlər: Elvin Əsgərov, Rəvan Həmzəzadə


Digər xəbərlər

Xəbər xətti