"İlk hissədə oyuna nəzarət edən tərəf biz idik. İkinci 45 dəqiqədə isə rəqib gücünü artırdı. Bunun nətəcəsində də rəqib qol vura bildi. Bir xal qazandıq. Hələ heç nə itirməmişik. Qarşıdakı oyunlara hazırlığı davam etdirəcəyik".
Bu sözləri “İnter”in baş məşqçisi Zaur Svanadze Topaz Premyer Liqanın 7-ci turunda “Zirə” ilə oyundan (1:1) sonra deyib.
- Düşünmürsünüz ki, xal itirməyinizin səbəbi ilk hissədə geriyə çəkilməyinizdi? Bundan başqa qol buraxandan sonra futbolçularınız yerə çökdü. Sanki çempionluq matçına çıxmışdınız...
- Haqlısınız. Futbolçular geri çəkilmişdi. Bunun səbəbi də rəqibin təzyiqi artırması idi. Oyunun son dəqiqəsində qol buraxmağımız yaxşı hal deyil. Bu, ilk dəqiqələrdə baş versəydi, problem olmazdı. Futbolda gözlənilməz nəticələr qeydə alınır.
- Rauf Əliyev, Nizami Hacıyev final fiti səslənəndə söyüş söydülər...
- Sadəcə, son dəqiqə qoluna görə məyus olmuşdular. Bu, hər hansı bir etiraz deyildi.
- Qarşıda fasilə olacaq. Bundan necə istifadə edəcəksiniz?
- Bakıda hazırlığımızı davam etdirəcəyik. Yəqin ki, bir yoxlama matçı keçirəcəyik. Amma hələ ki, rəqib müəyyənləşməyib
(Futbol11.az)