"İkinci hissədə sərgilədiyimzi futbola görə uşaqlara təşəkkürümü bildirdim. Çox vacib an idi. Bu məqamda xal qazanmağımız vacib idi. İki fərqli hissə oldu. İlk 45 dəqiqədə rəqib, ikinci hissədə isə biz üstün olduq.
Qol vurmaq baxımından problemimiz var. Bunu da aradan qaldırmağa çalışacağıq".
Sportarena.az xəbər verir ki, bu sözləri “Zirə”nin baş məşqçisi Adil Şükürov Topaz Premyer Liqanın 7-ci turunda “İnter”lə oyundan sonra keçirilən mətbuat konfransında deyib.
- Sanki futbolçularınız meydana bir-biri ilə yola getmir. Aralarında komanda yoldaşına söyüş söyənlər də var...
- Futbol hisslər oyunudu. Belə gərginlikdə bu, təbii haldı. Düzdü, olmamalıdı. Futbolçularla bu barədə söhbət edəcəyik.
- Qeyd etdiniz ki, vacib anda xal qazandınız. 6 oyunda 6 xal qazanmağınıza görə rəhbərlik tərəfindən sizə təzyiqlər var idi?
- Futbolçular tərəfdən təzyiq var. Qalib gələ bilməyəndə özlərini yaxşı hiss etmirlər. Rəhbərlik bizi dəstəkləyir. Oyunçularımın stressi üzərindən atmağı çox vacib idi.
- Dövrələr arası fasilə komandanızın işinə yarayacaqmı?
- Bu, bizə sərf edir. Çünki çatışmazlığı aradan qaldırmalıyıq.
(Futbol11.az)