"Kəpəz"də ciddi itki

16:32 30 Sentyabr 2016

Azərbaycan Premyer Liqasının VII turunda “Neftçi” ilə keçiriləcək oyun öncəsi “Kəpəz” ciddi itki ilə üzləşib. 


Sportarena.az xəbər verir ki, komandanın əsas oyunçularından olan Serjio Kosta sarı vərəqə limitini doldurub.

Bu səbəbdən braziliyalı yarımmüdafiəçi  Bakıdakı səfər matçını buraxacaq. 


Qeyd edək ki, cari mövsümün bütün qarşılaşmalarında start heyətində oyuna başlayan futbolçu  ardıcıl dörd görüşdə cəzalanıb. 


Digər xəbərlər

Xəbər xətti