Azərbaycan Premyer Liqasında ardıcıl 5-ci məğlubiyyətini alan "Neftçi" daha bir problemi həll etməlidir.
Sportarena.az-ın futbol11.az saytına istinadən yaydığı xəbərə görə, söhbət klubla komandanın fiziki hazırlıq üzrə sabiq məşqçisi Covanni Melkiorre arasındakı məsələdən gedir.
"Ağ-qaralar" italiyalı mütəxəssisin 2 aylıq maaşını ödəməyib. Elə bu səbəbdən o, "Neftçi"dən pulunu almaq üçün Bakıya gəlib. Bildirilir ki, klub Melkiorreyə 30 min dollar ödəməlidir. Əgər “Neftçi” borcu vaxtında ödəməsə, italiyalı məşqçi FİFA-ya şikayət edəcək.
Qeyd edək ki, Melkiorre "Neftçi"dən əvvəl "Xəzər Lənkəran"da da çalışıb.