Azərbaycan Premyer Liqasının VI turunda "Qarabağ"ı qəbul edən "Kəpəz" ciddi itki ilə üzləşib.
Sportarena.az xəbər verir ki, Gəncə klubunun aparıcı futbolçusu Şəhriyar Rəhimov zədələnib. Oyuna davam edə bilməyən futbolçu məcburi əvəzlənib.
Matçın 30-cu dəqiqəsində mərkəz müdafiəçisinin yerinə meydana Azad Kərimov daxil olub.