"Kəpəz" Gəncəyə nə vaxt gedəcək?

17:46 23 Sentyabr 2016

Azərbaycan Premyer Liqasının VI turunun oyunları çərçivəsində Gəncədə “Qarabağ”ı qəbul edəcək “Kəpəz” qarşıdakı matçla bağlı hazırlığın Bakı mərhələsini yekunlaşdırıb.


Sportarena.az xəbər verir ki, bu gün paytaxtda son məşqini keçirən “sarı-göylər” sabah Gəncəyə gələcək.


Komanda Ağdam klubu ilə görüş öncəsi sonuncu məşqə oyunun keçiriləcəyi şəhər stadionunda çıxacaq. Hazırlıq prosesi saat 17:00-a təyin olunub. Məşq azarkeşlər və mətbuat üçün açıq olacaq.


Digər xəbərlər

Xəbər xətti