"Oyunun bu cür alınacağını bilirdik. Əks-hücumlara üstünlük verirdik. Birinci hissədə hava şəraiti problem yaradırdı. İkinci hissədə qol vurmaq üçün kifayət qədər şansımız oldu. Amma sonuncu ötürmə çatmadı".
Sportarena.az futbolxeber.az-a istinadən xəbər verir ki, bu sözləri “Sumqayıt”ın baş məşqçisi Samir Abasov Topaz Premyer Liqasında III turdan təxirə salınmış “Qəbələ” ilə oyundan (0:2) sonra deyib.
“Sumqayıt”ın çalışdırıcısı həmkarı barədə bunları söyləyib:
“Əsəblər aşıb, daşır. Heç bir narazılığım yoxdur. Qriqorçuk da mənim kimi məşqçidir. O söyüş söyə bilər, mən yox? 30 nəfər kimlərəsə lənət oxuyursa, bir gün həmin adamlar bunun cavabını verəcəklər. Birinci qol ofsaytdan vurulmuşdu. Mən özüm də əsəbləşdim. Eyni epizodda bizim qapımıza cərimə zərbəsi təyin edirlər. Aut atan futbolçumuzu tələsdirir. Hakim bizim autu tez atmağımızda niyə maraqlıdır ki? Əsəbiləşdim, tribunaya göndərildim. Buna görə peşman deyiləm. “Qəbələ”ni udmaq istəyirdik. Hətta heç-heçəyə də məyus olacağdıq. Mənə məsləhət verən adam Qriqorçuk olmalı deyil. Onun oyunçularına nələr dediyini hamı eşidir. Ofsaytdan qol vurulanda necə təmkinli olum? “Qəbələ”nin öz işçiləri dedi ki, qol ofsaytdan vurulub”.
Samir Abasov heyətlə bağlı problemlərə görə klub rəhbərliyindən narazılığını bildirib:
“Çempionata bir sağ cinah müdafiəçisi ilə başlayırıqsa, üstümüzə gəlməyə dəyməz. Bunun günahkarı kimdir? Bu sualı klub rəhbərliyinə verin. Mənə məsləhət verən adam Qriqorçuk olmalı deyil. Onun oyunçularına nələr dediyini hamı eşidir. Ofsaytdan qol vurulanda necə təmkinli olum? “Qəbələ”nin öz işçiləri dedi ki, qol ofsaytdan vurulub”.